Bu günə xəbərlərin oxunma sayı: 666
— 06.11.2026 12:07

Gəncədə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçirilir

Gəncədə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu işinə başlayıb.Tədbirdə vətəndaş cəmiyyətinin 400-dən çox təmsilçisi iştirak edir.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında forumun Gəncədə və “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, QHT-lər şəhərin inkişafı, tarixi irsin qorunması və ictimai həyatın canlanmasına mühüm töhfə verirlər. Niyazi Bayramov Gəncədə həyata keçirilən vətəndaş cəmiyyəti təşəbbüslərinə dəstəyin davam etdiriləcəyini vurğulayıb.QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva çıxışında ötən dövrdə görülən işlərdən və əldə olunan nəticələrdən danışıb. O, bildirib ki, 21 dövlət proqramı üzrə 113 tapşırığın icrasında yüksək göstərici əldə olunub. Agentliyin qarşıdakı dövr üçün əsas hədəfləri milli həmrəyliyin gücləndirilməsi, rəqəmsal maarifləndirmə, beynəlxalq əməkdaşlıq, Böyük Qayıdış prosesinə dəstək və QHT-lərin institusional potensialının artırılmasıdır.