Bu günə xəbərlərin oxunma sayı: 666
— 13.11.2026 12:07

Bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verir ki, dekabrın 5–6-da dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim və metodistlərin sertifikatlaşdırılması üzrə test imtahanları keçiriləcək. Sertifikatlaşdırmanın 14 şəhər üzrə 21 mərkəzdə keçirilməsi, prosesdə 9 minə yaxın şəxsin iştirakı gözlənilir.Qanunvericiliyə əsasən, müəyyən kateqoriyadan olan şəxslər sertifikatlaşdırmadan azaddır. 60 və daha yuxarı yaşda olan təhsilverənlərin iştirakı isə könüllüdür.