Bu günə xəbərlərin oxunma sayı: 666
—
27.03.2019 16:15
Qızılcaya qarşı peyvənd edilənlərin sayı açıqlanıb
KepezTV Player
Azərbaycanda qızılcaya qarşı peyvənd edilənlərin sayı açıqlanıb. Fevral-mart aylarında ölkədə 19 min 561 nəfər qızılcaya qarşı peyvənd edilib. Onlardan 16 min 576 nəfəri böyük, 2 min 985 nəfər isə uşaqdır. Yanvarın 1-dən bu günə kimi 217 nəfərdə qızılcaya yoluxma qeydə alınıb. Qızılcaya qarşı peyvəndləmə tədbirləri davam edir, müxtəlif səbəblərdən peyvənd olunmayan şəxslər istənilən vaxt ərazi tibb müəssisələrinə müraciət edə bilərlər.
- Baxış: 373