Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			09.02.2023 12:30		
		Laçın-Xankəndi yolundakı aksiya 60 gündür davam edir
KepezTV Player
					  
					  					  				Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Ekofəallar aksiyanın 60-cı günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər. Aksiya ötən il dekabrın 12-dən başlayıb. *** Yol humanitar məqsədlər üçün açıqdır. Bu gün yoldan Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb. Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə keçidi təmin olunub.
- Baxış: 498

