
Daxili İşlər Nazirliyi Azərbaycanda keçiriləcək III MDB Oyunları müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə və ölkənin daha 6 şəhərində baş tutacaq yarışlar zamanı ictimai asayişin qorunması, iştirakçıların, azarkeşlərin və qonaqların təhlükəsizliyinin təmin edilməsi, həmçinin oyunların keçirildiyi ərazilərdə maneəsiz hərəkət üçün əlverişli şərait yaradılması nəzərdə tutulur.
- Baxış: 82