
İran Prezidenti Məsud Pezeşkian İranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Prezident İlham Əliyevin salamları çatdırılıb, Azərbaycan-İran münasibətlərinin möhkəm təməllər üzərində uğurla inkişaf etdiyi qeyd olunub. Tərəflər əməkdaşlığın genişləndirilməsinin və birgə layihələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. İran Prezidenti isə səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
- Baxış: 68