
Gəncə şəhərinin daxili yollarının əsaslı təmiri yekunlaşmaq üzrədir. Təmir işləri çərçivəsində 76 küçə və prospektdə, ümumilikdə 1 milyon kvadratmetr sahədə asfalt-beton örtüyü döşənib, yol yatağı və səki infrastrukturunda yenidənqurma aparılıb. Layihə çərçivəsində köhnə örtük sökülüb, yararsız torpaq çıxarılıb, yeni yol əsası inşa edilib, piyada səkiləri bərpa olunub və yeniləri tikilib. Həmçinin, yeraltı kommunikasiya xətləri üzrə baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.
- Baxış: 72