• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.09.2025 11:38

Dövlət Şuşada məscidlərlə yanaşı, kilsələri də bərpa edir

“Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür”. Bunu QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün  ildönümünə həsr edilən 5-c iclasında deyib.O qeyd edib ki, müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir.