
Qusarda yağan leysan yağışlarının səbəb olduğu palçıqlı sel rayonun ucqar yaşayış məntəqələrindən olan Laza kəndində ciddi problemlər yaradıb. "Qızılqaya" dağ massivindən başlayaraq kəndin mərkəzindən keçən Laza çayı məcrasından çıxıb. Lazanı iki hissəyə ayıran çayın daşması nəticəsində Lazaya axan palçıqlı sel kəndin bir tərəfindən digərinə piyada keçidi mümkünsüz edib. Selin törətdiyi fəsadların aradan qaldırılması üçün əraziyə xüsusi texnika cəlb olunub. Daş beton bəndin tikintisi planlaşdırılır.
- Baxış: 84