• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 26.09.2025 10:08

Tovuzda yanğın hadisəsi baş verib

Tovuz rayonunun Abulbəyli kəndində evdə yanğın baş verib. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində ümumi sahəsi 185 m² olan evin 125 m² hissəsi əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.