
Azad edilmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları davam edir. ANAMA-nın məlumatına görə, sentyabrın 22–28-də 35 tank və 100 piyada əleyhinə mina, həmçinin 1 661 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 1 225,1 hektar ərazi minalardan təmizlənib. Əməliyyatlar ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX və dörd özəl şirkət tərəfindən işğaldan azad olunmuş kəndlərdə həyata keçirilib.
- Baxış: 88