
Əməkdar artist Cabir İmanov bu gün Bakıda idman zalında infarkt nəticəsində vəfat edib. Aktyor məşq zamanı müvazinətini itirərək yıxılıb. Onun ürək fəaliyyətini bərpa etmək üçün elektroşok tətbiq edilsə də, 49 yaşlı sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Cabir İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” şən və hazırcavablar klubunun üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2021-ci ildə isə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
- Baxış: 81