• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.09.2025 17:44

"III MDB "Oyunlarının bölgələrdə keçirilməsi heyranedicidir" - Özbəkistanlı nazir

"III MDB Oyunlarının bölgələrdə keçirilməsi heyranedicidir". Bunu Özbəkistanın gənclər siyasəti və idman naziri Adham İkramov jurnalistlərə açıqlamasında deyib.O, Gəncədə qatıldığı "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş" iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından söz açıb: sitat: "Dünən Gəncədə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasiminin möhtəşəm olduğunu qeyd etmək istərdim. Qeyd etməliyəm ki, III MDB Oyunlarına hazırlıq asan keçməyib. Lakin biz yarışlara ev sahibliyi edən yeddi şəhərdə idman infrastrukturunun yüksək səviyyədə olduğunu gördük. Bu məkanların hazırlığına şəxsən ölkə başçınız İlham Əliyev nəzarət edirdi. Bu, həqiqətən heyranedicidir, çünki MDB Oyunlarının keçirildiyi məkanlar paytaxt Bakıda deyil, məhz bölgələrdədir" sitatın sonu.