
Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.Bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.Dövlətimizin başçısı bildirib ki, iki ölkə arasında əməkdaşlıq çoxşaxəlidir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır.
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti: “Keçən dəfə Prezident Mattarella Azərbaycanda səfərdə olanda biz birlikdə Sumqayıtda İtaliya şirkətləri tərəfindən inşa edilmiş böyük bir sənaye müəssisəsinin açılışında iştirak etdik. Bu səfər zamanı isə sabah İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq”.
- Baxış: 116