• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.10.2025 13:41

Tam sayğaclaşdırma ilə suyun səmərəli istifadəsi təmin ediləcək

Azərbaycanda tam sayğaclaşdırma suyun səmərəli istifadəsini təmin edəcək. Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin Elm və İnnovasiyalar sektorunun müdiri Əliağa Əzizov “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndə bildirib. O qeyd edib ki, ölkədə içməli su və suvarma infrastrukturunda itkilər mövcuddur və Milli Su Strategiyasının hədəflərindən biri 2040-cı ilə qədər bu itkilərin minimuma endirilməsidir. Qurum rəsmisi bildirib ki, tam sayğaclaşdırma həm istifadəçilərin su istehlakını izləməsinə imkan verəcək, həm də itkilərin azaldılmasına töhfə verəcək, su təhlükəsizliyini gücləndirəcək.