• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.10.2025 15:42

12 şəhərin baş planı hazırlanır

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib ki, şəhərlər iqlim böhranı ilə mübarizədə əsas rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda 65 şəhər və qəsəbənin baş planı təsdiqlənib. Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiyalı zonalar elan olunub, artıq 12 şəhərin baş planı hazırlanır, 8-i tamamlanıb. Həmçinin 19 kənd və qəsəbə planlaşdırılıb və bölgə “Yaşıl Enerji Zonası” kimi inkişaf etdirilir.