
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti "Red Wolf" adlı haker-aktivist qruplaşması ilə bağlı xəbərdarlıq yayıb. Beynəlxalq kibertəhlükəsizlik mənbələrinin məlumatına görə, bu qruplaşma müxtəlif ölkələrlə yanaşı Azərbaycanı da hədəf alıb. Siyasi motivli kiberhərəkat aparan qrupun əsas məqsədi beynəlxalq və regional siyasi mesajlar yaymaq, müəyyən dövlət və təşkilatların onlayn xidmətlərini dayandırmaq və öz ideoloji tərəfdarlarını müdafiə etdiklərini vurğulamaqdır.
- Baxış: 114