
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin monitorinqi zamanı Göyçayda restoranda bir meymun və üç qırqovul, Ağdaşdakı restoranda isə yeddi çöl quşu baytar nəzarəti olmadan saxlanılıb. Sahibkarlara heyvanların mühafizə olunan ərazilərə və ya uyğun heyvan parklarına təhvil verilməsi, dezinfeksiya və baytarlıq tədbirlərinin görülməsi tapşırılıb. Qanunvericiliyə əməl olunmadığı halda müvafiq tədbirlər görüləcək.
- Baxış: 153