
Şirvanda aralarında yaranan mübahisə zəmində Bakı sakini, 45 yaşlı həyat yoldaşını əlindən və 41 yaşlı qaynını çiynindən bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. İkinci çox qan itirdiyi üçün əməliyyata götürülüb. Samuxda isə 44 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Məlumata görə, o, sərxoş olub və keçmiş qayınatası tərəfindən küt alətlə ölümcül döyülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 134