
Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarında medal sıralamasında ikinci yeri tutub. Bu gün Şəkidə keçirilən gimnastika yarışlarının yekununda yığma üzvlərimiz ölkəmizə daha 6 medal qazandırıblar.
Ümumilikdə Azərbaycan idmançıları 33 qızıl, 56 gümüş və 95 bürünc olmaqla 184 medal əldə ediblər ki, bu da indiyədək keçirilən MDB Oyunları tarixində ölkəmizin ən yaxşı göstəricisidir.
Onu da qeyd edək ki, medal sıralamasında Rusiya birinci, Belarus isə üçüncü yerdə qərarlaşıb. Beləliklə, Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi bu gün saat 19:00-da Gəncə stadionunda təşkil olunacaq.
- Baxış: 155