• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.10.2025 17:32

Azad edilmiş ərazilərdə 800-ə yaxın şəxsə aid qalıqlar tapılıb

İşğaldan azad edilmiş ərazilərdə indiyədək 800-ə yaxın şəxsə məxsus sümük qalıqları aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov beynəlxalq konfransda məlumat verib. Onun sözlərinə görə, 187 şəhidin qalıqları artıq ailələrinə təhvil verilib. Ədalət Həsənov bildirib ki, əsas çətinlik kütləvi məzarlıqlar və sümük qalıqlarının uzun müddət açıq mühitdə qalması ilə bağlıdır, bu da DNT analizini çətinləşdirir.
Ədalət Həsənov onu da deyib ki, müvafiq laboratoriyalarda 327 şəxsə məxsus sümüklərdə aparılan araşdırmalar nəticəsində onlara həyati xəsarətlər yetirildiyi təsdiq edilib. O bildirib ki, Vətən müharibəsinin başa çatması ilə ərazilərin minalardan təmizlənməsindən sonra qurumun əməkdaşları Qarabağa ezam olunub və araşdırmalardan sonra sümük qalıqları həmin şəxslərin ailələrinə təhvil verilib.