• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 11:49

Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb

Tacikistanın paytaxtı Düşənbədə MDB Dövlət Başçılarının sammiti başlayıb. Tədbirdə Azərbaycan da daxil olmaqla doqquz ölkənin lideri iştirak edir. Prezident İlham Əliyev iclasda humanitar əməkdaşlığın gücləndirilməsindən danışıb: “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim. Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiyinə görə MDB dövlət başçılarına təşəkkürümü bildirirəm”. Dövlətimizin başçısı əlavə edib: “Tədbirin qonaqları Ermənistanın 30 illik işğalından azad ediləndən sonra Laçının sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”. Sammitin yekununda “MDB+” formatının təsis edilməsi və MDB-yə Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu verilməsi planlaşdırılır.