• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 15:50

2026-cı ildə MDB-yə sədrlik edəcək ölkə bəlli olub

MDB orqanlarına sədrlik 2026-cı il yanvarın 1-dən Tacikistandan Türkmənistana keçəcək. Bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmon MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən geniş tərkibdə iclasında məlumat verib. Yenidən üç il müddətinə Birliyin Baş katibi seçilən Sergey Lebedev qeyd edib ki, MDB Dövlət Başçıları Şurasının növbəti iclası 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
MDB çərçivəsində həmçinin, yeni əməkdaşlıq formatı – “Müstəqil Dövlətlər Birliyi - plyus” yaradılıb.  Yeni format MDB ölkələri ilə digər dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq platforması rolunu oynayacaq. MDB Dövlət Başçıları Şurası İcraiyyə Komitəsinə bu barədə BMT və digər beynəlxalq təşkilatlara məlumat verməyi tapşırıb. 
Ümumilikdə, Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.