• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.10.2025 17:49

2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu o oldu

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov U-19 Avropa çempionatında ardıcıl ikinci dəfə qızıl medal qazanıb. O, gənclər arasında 2 dəfə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu olub. 18 yaşlı idmançı 50 kiloqram çəki dərəcəsində Çexiyanın Ostrava şəhərində rəqibsiz çıxış edərək tarixi nəticəyə imza atıb. Çempionatda Azərbaycan qadın boksçuları da uğur göstərib: Banuçiçək Nəsirli gümüş, İlkanə Əhmədova isə bürünc medal qazanıb. Ümumilikdə, millimiz 5 medal əldə edərək 16 illik qitə çempionatlarında medal qıtlığına son qoyub. Digər medallar Zidan Hümbətov (55 kq) və Sübhan Babayevə (60 kq) məxsusdur.