
Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında AZAL-a məxsus təyyarə qəzası ilə bağlı istintaqın yekunlaşmaq üzrə olduğunu, bəzi təfərrüat və nüansların qaldığını bildirib. O qeyd edib: “Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, bu səhifəni çevirmişik.” Putin həmçinin Rusiya və Azərbaycan münasibətlərində vəziyyəti dövlətlərarası böhran kimi deyil, “emosiyalar böhranı” kimi qiymətləndirib.
- Baxış: 93