Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.10.2025 13:41
Bakıda və Qubada evlərdən oğurluq olub

Bakının Nəsimi rayonunda iki oğurluq hadisəsi ilə bağlı şübhəli şəxslər saxlanılıb. Evdən 15 000 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul oğurlamaqla bağlı 38 yaşlı Z.Qasımov, bir nəfərin pul kisəsini və sənədlərini oğurlamaqla bağlı isə 66 yaşlı qadın polis tərəfindən tutulub. Hər iki faktla bağlı araşdırma aparılır.
Qubada evlərdən silsilə oğurluq edən şəxs saxlanılıb. 36 yaşlı Roman Məmmədşahov müxtəlif evlərdən 10 min manat, 40 min manat dəyərində qızıl-zinət əşyaları və 7 370 dollar oğurlamaqda şübhəli bilinib. Oğurluq yolu ilə əldə olunan əşyaların bir qismi aşkarlanıb və maddi sübut kimi götürülüb. R.Məmmədşahov barəsində həbs qətimkan tədbiri seçilib, cinayət işi başlanıb.
- Baxış: 78