Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.11.2025 11:51
Avropa çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək 23 yaşadək boksçular arasında Avropa çempionatında Azərbaycan 11 idmançı ilə təmsil olunacaq. Yarış noyabrın 23-dən etibarən 7 gün davam edəcək. Kişilərdən və qadınlardan ibarət milli komandaya baş məşqçilər Elbrus Rzayev və İlkin Ağayev rəhbərlik edəcək. Turnirdə Azərbaycanı həmçinin beynəlxalq dərəcəli hakim Qalib Əbiyev də təmsil edəcək.
- Baxış: 65
