Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.11.2025 11:53

Bakıda İƏT Mədəniyyət Festivalı keçiriləcək

5-11 dekabr tarixlərində Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” təşkil olunacaq. Bu barədə məlumatı Mədəniyyət Nazirliyi yayıb. Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi festival ölkənin beynəlxalq mədəniyyət platformasındakı rolunu və multikulturalizm ənənələrinə töhfəsini nümayiş etdirəcək.