Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.01.2026 17:35
Azərbaycanın "İdman Paytaxtı"nın loqosu təqdim edilib
Azərbaycanın "İdman Paytaxtı"nın loqosu təqdim edilib. Bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb. "İdman Paytaxtı"nın loqosunda Qazaxın rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı təsvir edilib. Layihənin şüarı da Qazaxın idman ruhunu və dinamizmini ifadə edir: "Qazax – hərəkətə qoşul!" Layihə üçün hazırlanan maskotda isə gənc idmançı Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla əks olunub. Qeyd edək ki, Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın "İdman Paytaxtı"dır.
- Baxış: 137
