Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.01.2026 17:42

“Qarabağ” – “Ayntraxt” oyununa 26 500 bilet satılıb

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Ayntraxt” klubu ilə oyun öncəsi mətbuat konfransında qarşıdakı görüşün əhəmiyyətindən danışıb. Təcrübəli mütəxəssis qısa hazırlıq müddətinə baxmayaraq, komandanın matça ciddi yanaşdığını və futbolçuların oyuna tam kökləndiyini bildirib.

Qurban Qurbanov – “Qarabağ”ın baş məşqçisi:“Çox vacib oyundur. Düzdür, hazırlaşmağa vaxtımız çox olmadı. Amma düşünürəm ki, mövcud vaxtdan səmərəli istifadə etdik və maksimum çalışdıq ki, futbolçularımızı ən azı fiziki baxımdan bu oyuna hazırlayaq. Buna baxmayaraq, futbolçularım çox istəkli və intizamlı idilər. Hər məşqdə bu oyuna böyük əhəmiyyət verdiklərini hiss edirdik. İnanıram ki, meydanda çox intizamlı bir kollektiv görəcəksiniz.”
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matça 26 500 bilet satılıb. Oyun bu gün saat 21:45-də başlayacaq. "Qarabağ"a uğurlar arzulayırıq!