Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.01.2026 15:53
Təhlükəsizlik kəməri taxmamaq xəsarət riskini 3 dəfə artırır - Səhiyyə Nazirliyi
Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması travma riskini 2–3 dəfə artırır. Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan bildirilib ki, kəmərdən istifadə olunmadıqda ağır baş-beyin travmaları, daxili qanaxma və sınıqların yaranma ehtimalı yüksəlir, avtomobildən kənara atılma riski isə 20–30 dəfə çox olur. Qurum, sürücüləri və sərnişinləri qısa məsafədən asılı olmayaraq təhlükəsizlik kəmərini mütləq taxmağa çağırıb.
- Baxış: 98
