Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.02.2026 15:50

Ağdam şəhərindəki 5-ci yaşayış kompleksində 1074 mənzil inşa olunur

Ağdam şəhərində bərpa-quruculuq işləri çərçivəsində 5-ci yaşayış kompleksinin tikintisi davam edir. Kompleksdə 50 bina – 40 çoxmənzilli yaşayış və 10 qeyri-yaşayış binasının inşası nəzərdə tutulur. Ümumilikdə 12 məhəllədən ibarət olacaq yaşayış kompleksində 1074 mənzil planlaşdırılır.Artıq 2-ci yaşayış kompleksinə sakinlərin köçü təmin olunub və burada 403 ailə yaşayır. Yaxın vaxtlarda 13 məhəllədən ibarət 3-cü yaşayış kompleksinin tikintisinə başlanacaq.Bundan başqa, Ağdam Cümə məscidi bərpa olunub, yardımçı tikililərin və şəhərdə çoxfunksiyalı inzibati binanın tikintisinə də yaxın vaxtlarda start veriləcək.