Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.02.2026 16:10

"Qarabağ" və "Kəpəz" klubları cərimələnib

Misli Premyer Liqasının XX turunda keçirilən İmişli – Qarabağ oyununun 72-ci dəqiqəsində Qarabağın futbolçusu Kadi Borges ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyunluq diskvalifikasiya edilib, klub isə 1000 manat cərimələnib.90+5-ci dəqiqədə Qarabağ azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi bu mövsüm üçüncü dəfə təkrarlandığına görə klub 6000 manat cərimələnib. “Kəpəz” – “Neftçi” oyununda ciddi qayda pozuntusuna görə “Kəpəz”in futbolçusu Məqsəd İsayev 2 oyunluq diskvalifikasiya olunub, klub 1 000 manat cərimə edilib. Azarkeşlərin kütləvi təhqirlərinə görə isə “Kəpəz” 8 min, “Neftçi” də 8 min manat cərimələnib.