Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.03.2026 10:28

Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir

Bu gün Novruzun üçüncü — Yel çərşənbəsidir. İnama görə, bu gün əsən isti küləklər yazın gəlişindən xəbər verir. Deyirlər ki, oyanan yel dünyanı dolaşır, suyu və odu hərəkətə gətirir, təbiətə yeni nəfəs verir. Axşam isə hər həyətdə tonqallar qalanır, insanlar onun üzərindən üç dəfə atlanaraq azar-bezardan uzaq olmağı arzulayırlar. İlaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə Azərbaycanda Novruz bayramı qeyd olunur.Çərşənbəniz mübarək olsun!