Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.06.2026 12:16
Xocalı və Qarabağ şəhərlərində su təchizatı genişləndirilir, yeni infrastruktur qurulur
Xocalıda əhalinin artması nəzərə alınaraq yeni subartezian quyusu qazılıb və əlavə su xətti çəkilib.Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyindən bildirilib ki,tələbatı qarşılamaq üçün daha bir quyu istifadəyə verilib, Badara çayından şəhərə qədər 3,3 kilometrlik yeni su xətti çəkilib.Şəhərdə su və kanalizasiya sistemi yenilənib, tullantı sular üçün modul tipli təmizləyici qurğu quraşdırılıb.Rayonun bir sıra kəndlərində su təchizatı bərpa olunub, Xanabad və Seyidbəyli kəndlərində isə sistem yenidən qurulub.Qarabağ və Şərqi Zəngəzurda da su infrastrukturu bərpa olunur. Yeni su mənbələri, nasos stansiyaları və şəbəkələr istifadəyə verilib.
- Baxış: 91
