Bu günə xəbərlərin oxunma sayı: 666
—
04.06.2026 11:54
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək
Xankəndidə yağış sularının yığılması üçün yeni kollektor sisteminin tikintisi nəzərdə tutulur.Bu barədə Qarabağ Regional Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşfiq Adıgözəlov deyib. O bildirib ki, hazırda layihə üzrə layihələndirmə işləri aparılır. Müşfiq Adıgözəlovun sözlərinə görə, şəhərin su təchizatı və kanalizasiya infrastrukturu ilə yanaşı, yağış sularının idarə olunmasını təmin edəcək kollektor sistemi də yenidən qurulacaq.Qarabağ iqtisadi rayonunun ərazisində Bərgüşadçay su anbarının tikintisinə də başlanılıb.Laçın rayonundakı Zabuxçay su anbarı da yenidən qurularaq istismara verilib, Füzuli rayonundakı Köndələnçay və Xaçınçay su anbarlarında bərpa işləri həyata keçirilib.
- Baxış: 64
