İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.Dövlət başçısı bildirib ki, süni intellekt texnologiyalarının sürətli inkişafı insan hüquqları sahəsində yeni imkanlar və çağırışlar yaradır. Prezident vurğulayıb ki, Azərbaycanda süni intellektin təhlükəsiz, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplərlə tətbiqi istiqamətində mühüm addımlar atılır.Müraciətdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin innovativ inkişaf modeli olduğu qeyd edilib.İlham Əliyev həmçinin ombudsman institutlarının yeni texnoloji dövrdə insan hüquq və azadlıqlarının müdafiəsində mühüm rol oynadığını vurğulayıb və sammitin beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
- Baxış: 38
