Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.06.2026 17:37
Bu gündən kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayıb
2026/2027-ci tədris ili üçün 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarına qeydiyyat başlayıb.DİM-in məlumatına görə, təsviri sənət, teatr, kino, xoreoqrafiya və musiqi sənəti istiqamətləri üzrə elektron qeydiyyat iyunun 18-dən 29-dək davam edəcək.Abituriyentlər yalnız bir istiqamət üzrə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat üçün qəbul imtahanının I mərhələsində minimum 50 bal toplamaq tələb olunur. Fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir.
- Baxış: 43
