Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.11.2026 17:45

Qırmızı Bazarda baş verən mina hadisəsində xəsarət alan şəxsin son durumu açıqlanıb

TƏBİB-dən bildirilib ki, Xocavəndin Qırmızı Bazar qəsəbəsi ərazisində mina partlayışı nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsmayılov İsgəndər Adil oğlu  Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Partlayış nəticəsində onun sol qolunun aşağı hissəsi travmatik amputasiya olunub, ayağında sınıqlar və digər xəsarətlər qeydə alınıb.Faktla bağlı araşdırma aparılır.