İlham Əliyev Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri Çan Tan Man ilə görüşüb. Dövlət başçısı Vyetnama səfərindən məmnunluğunu ifadə edib, ölkənin son illərdə əldə etdiyi inkişaf nailiyyətlərini yüksək qiymətləndirib. Prezident İlham Əliyev bildirib ki, Vyetnamın Baş naziri ilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. O, Azərbaycanın müxtəlif qitələrdə yerləşən ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Dövlət başçısı enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olduğunu qeyd edib.Birinci vitse-prezident Mehriban Əliyeva isə vyetnamlı həmkarı Vo Ti An Suan ilə görüşüb.Tərəflər xalqlar arasında, o cümlədən humanitar və qeyri-hökumət təşkilatları səviyyəsində əməkdaşlığın əhəmiyyətini də qeyd ediblər.
- Baxış: 89
